XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025



Los-Anceles-2028-də debüt edəcək idman növünün kvotaları təsdiqlənib
İdman 17:49 / 21.04.2025

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Los-Anceles-2028 Yay Olimpiya Oyunlarında skvoş turniri üçün kvotaların sayını təsdiqləyib. Inside The Games portalının verdiyi xəbərə görə, kişilər və qadınlar arasında keçiriləcək turnirdə 16 nəfər iştirakçı mübarizə aparacaq. 

Qeyd edək ki, bütün idman növləri üzrə təsnifat sisteminin yekunu öz təsdiqini BOK tərəfindən 2026-cı ilin əvvəlində tapacaq. Skvoş idman növü Los-Anceles-2028 Yay Olimpiya Oyunlarının proqramında debüt edəcək.


1275 oxunub

InvestAZ