XƏBƏR LENTİ
19 İyul 2025
18 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025



Noyer milliyə qayıda bilər
İdman 12:49 / 19.03.2025

"Bavariya”nın qapıçısı Manuel Noyer yenidən Almaniya millisinə qayıda bilər. Onun DÇ-2026-da çıxışı qaçılmazdır. Lakin Noyerin millinin əsas qapıçısı olmaq şansı xeyli azdır. "Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen bu mövqedə liderliyi ələ ala bilib. Amma o, ikinci mövsümdür ki, ciddi zədələrlə üz-üzə qalıb. "Bild”in məlumatına görə, 32 yaşlı Ter Ştegen yeni mövsümdə yaxşı formada olmasa, o zaman Almaniya millisinin baş məşqçisi Yulian Nagelsmann 38 yaşlı Noyeri komandaya çağıra bilər.

Xatırladaq ki, 2026-cı ilin yazında 40 yaşı tamam olacaq. Noyer 2024-cü ildə millidəki karyerasını başa vuracağını açıqlamışdı.


5325 oxunub

InvestAZ