XƏBƏR LENTİ
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026
05 Yanvar 2026
03 Yanvar 2026
01 Yanvar 2026
29 Dekabr 2025



"Barselona" əzmkar qələbə sayəsində yenidən liderliyə yüksəldi
İdman 01:17 / 17.03.2025

İspaniya La Liqasında 28-ci turun oyunları davam edir. Turun mərkəzi oyununda "Atletiko" klubu "Barselona"nı qəbul edib. Madriddə təşkil olunan oyunun ilk yarısı Dieqo Simeoninin komandasının üstünlüyü ilə başa çatıb. Julian Alvares ilk hissənin artırılma dəqiqələrində fərqlənib. Madrid təmsilçisi 70-ci dəqiqədə Şarlotun qolu ilə hesab arasındakı fərqi iki topa çatdırsa da qələbə hesabını sona qədər qoruya bilməyib. 72-ci dəqiqədə Levandovski, 78-ci dəqiqədə isə Ferran Torresin qolları ilə hesabı bərabərləşdirən katalonlar 90+2-ci dəqiqədə Lamin Yamalın qolu ilə hesabda önə keçib. Lakin bu da oyunda son qol olmayıb. Ferran Torres 90+7-ci dəqiqədə dəqiq zərbə ilə fərqlənməklə "Barselona"nın 4:2 hesablı qələbəsini rəsmiləşdirib. Beləliklə, katalonlar 2:0 hesabı ilə məğlub olduqları oyunda geri dönüş edərək üç xal qazanıblar. Qələbə sayəsində aktivindəki xalların sayını 60-a çatdıran "Barselona" yenidən liderliyi ələ keçirib. "Barselona"dan bir oyun çox keçirən "Real"ın aktivində də 60 xalı olmasına baxmayaraq "Kral klubu" ikincidir. "Atletiko" isə 56 xalla 3-cü pillədə qərarlaşıb.


11010 oxunub

InvestAZ