XƏBƏR LENTİ
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026



Yüksək Liqada XV tura start verilir
İdman 10:15 / 11.03.2025

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XV turun oyunları keçiriləcək.

Tura saat 16:00-da UNEC - "Milli Aviasiya Akademiyası" və "Murov Az Terminal" - "Abşeron" matçları ilə start veriləcək. Birinci qarşılaşma UNEC-in idman zalında, ikinci oyun isə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq. Günün digər qarşılaşmasında "Azərreyl" klubu "Gəncə"ni qəbul edəcək. Saat 18:00-da başlayacaq oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq. 

Qeyd edək ki, 14 turdan sonra "Abşeron" 34 xalla liderdir. "Milli Aviasiya Akademiyası" 33 xalla ikinci pillədə qərarlaşıb. Üçüncü sıradakı "Gəncə"nin və dördüncü mövqedəki "Azərreyl"in 22 xalı var. "Murov Az Terminal" 15 xalla beşinci, xalı olmayan UNEC sonuncu - altıncıdır.


12714 oxunub

InvestAZ