XƏBƏR LENTİ
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026



Üç cüdoçumuz "Böyük Dəbilqə" turnirində bürünc medal görüşünə çıxacaq
İdman 15:29 / 14.02.2025

Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir. Yarışın ilk günündə tatamiyə 12 cüdoçumuz çıxıb ki, onlardan üçü bürünc medal uğrunda mübarizə aparacaq. Komandamızın üzvlərindənƏhməd Yusifov, Balabəy Ağayev (hər ikisi -60 kq) və Elşən Əsədov(-66 kq) üçüncü yer uğrunda görüşə çıxacaq.Balabəy Ağayev həlledici görüşdə belçikalı Jorre Verstraetenlə, Əhməd Yusifov ukraynalı Dilşot Xalmatovla, Elşən Əsədov isə özbəkistanlı Azizbek Ortıkovla qarşılaşacaq. Final görüşlərinə saat 17:00-da start veriləcək.

Bu gün tamamiyə çıxan digər 9 idmançımız isə əvvəlki mərhələlərdə məğlub olaraq mübarizəni erkən dayandırıblar.

Qeyd edək ki,fevralın 16-dək davam edəcək "Böyük Dəbilqə" turnirində 36 ölkədən 258 (166 kişi, 92 qadın) idmançı mübarizə aparır. Azərbaycan komandası yarışda 32 idmançı ilə təmsil olunur.


17655 oxunub

InvestAZ