XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Fiqurlu konkisürənimizin Bakuriani-2025-də ikinci cəhdi
İdman 12:26 / 13.02.2025

Gürcüstanın Bakuriani şəhərində keçirilən XVII Avropa Gənclər Qış Olimpiya Festivalı davam edir. Festivalda ölkəmizin yeganə təmsilçisi olan Leyli Axundova fiqurlu konkisürmə üzrə yarışlarda bu gün növbəti çıxışını edəcək. Təmsilçimiz yerli vaxtla saat 15:00-da sərbəst proqramda mübarizə aparacaq.

Xatırladaq ki, idmançımız ötən gün qısa proqramla buz üzərinə çıxıb və 31 iştirakçı arasında 28-ci yeri tutub. Onun ilk çıxışı hakimlər tərəfindən 33.84 xalla qiymətləndirilib.

Qeyd edək ki, 48 ölkədən 1000-ə yaxın idmançının iştirak etdiyi festivalda atletlər 8 idman növündə (dağ xizəyi, biatlon, xizək yarışı, buz hokkeyi, snoubord, fiqurlu konkisürmə, fristayl və qısa yolda sürətli konkisürmə) mübarizə aparırlar.

Avropa Gənclər Qış Olimpiya Festivalına fevralın 16-da yekun vurulacaq.


16456 oxunub

InvestAZ