XƏBƏR LENTİ
02 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



"Turkish Open"də daha üç bürünc medal
İdman 11:39 / 13.02.2025

Türkiyənin Antalya şəhərində keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turniri (Turkish Open) davam edir. 

Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, komandamızın daha üç idmançısı turnirdə mükafatçılar sırasında yer alıb. Belə ki, yığmamızın üzvlərindən Xanoğlan Kərimov (68 kq), Cavad Ağayev (80 kq) və Həmidreza Bədrialiabadi (+87 kq) böyüklər arasında bürünc medala layiq görülüblər.

Xanoğlan Kərimov dörd, Həmidreza Bədrialiabadi və Cavad Ağayev isə üç rəqibi üzərində qələbə qazanaraq fəxri kürsünün üçüncü pilləsində yer alıblar.

Xatırladaq ki, daha əvvəl böyüklər arasında Minayə Əkbərova (46 kq) da bürünc medala sahib çıxıb.


5813 oxunub

InvestAZ