XƏBƏR LENTİ
06 Fevral 2026
05 Fevral 2026
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026



Qar voleybolu üzrə ilk Azərbaycan çempionatı başa çatdı
İdman 23:27 / 26.01.2025

Azərbaycan ilk dəfə olaraq qar voleybolu üzrə ölkə çempionatı keçirilib. Yanvarın 25-26-da Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə keçirilən yarış "Şahdağ” Turizm Mərkəzində baş tutub.

Çempionatda 4 qadın ("Azərreyl”, "Murov Az Terminal”, "Gəncə”, U-21), 4 kişi ("Azərreyl”, "Murov Az Terminal”, "Gənclər”, U-21) komandası iştirak edib. Yarışın ilk günündə oyunlar dairəvi sistem üzrə keçirilib. İki gün davam edən turnirdə qadınların mübarizəsində üçüncülük üçün "Gəncə” klubu U-21 komandasını 2:0 hesabı ilə məğlub edərək bürünc medal qazanıb. Final görüşü isə "Azərreyl” və "Murov Az Terminal” komandaları arasında olub. Həlledici matçda 2:0 hesabı ilə qalib gələn "Azərreyl” ilk Azərbaycan çempionu adını qazanıb.

Kişilərin mübarizəsində isə bürünc medalı "Gənclər” komandasını 2:0 hesabı ilə məğlub edən U-21 kollektivi qazanıb. Finalda isə "Azərreyl” və "Murov Az Terminal” komandaları qarşılaşıb. Rəqibinə 2:0 hesabı ilə qalib gələn "Azərreyl” Azərbaycan çempionatının qalibi olub.

Final oyunlarından sonra qalib komandaların mükafatlandırma mərasimi keçirilib. Qaliblər kubok və medallarla mükafatlandırılıblar.


13555 oxunub

InvestAZ