XƏBƏR LENTİ
24 Mart 2025
23 Mart 2025
21 Mart 2025
20 Mart 2025
19 Mart 2025
18 Mart 2025



Snoubord üzrə Heydər Əliyev Kuboku keçirilib
İdman 18:10 / 26.01.2025

"Şahdağ” Turizm Mərkəzinin və Azərbaycan Qış İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə müxtəlif yaş kateqoriyalarında olan uşaqlar və böyüklər arasında snoubord idman növü üzrə Heydər Əliyev Kuboku təşkil olunub.

Azərbaycan Qış İdman Növləri Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışın keçirilməsinin əsas məqsədi ölkədə snoubord idman növünün təbliğini genişləndirmək, insanlar arasında bu idmana olan marağı artırmaq və sağlam həyat tərzini təşviq etməkdir.

Turnirdə öncədən qeydiyyatdan keçən müxtəlif yaş kateqoriyasında olan 40-a yaxın həvəskar snoubordçu birincilik uğrunda mübarizə aparıb.

Uşaqlar arasında təşkil edilən yarışın nəticələrinə əsasən, 9-12 yaş oğlanlar arasında Kamal Bəşirli birinci yerə layiq görülüb. Daniel Belousov ikinci, Mətin Mehdi isə üçüncü yeri tutub.

13-17 yaş qızlar arasında Alisa Qarifova, oğlanlar arasında isə Daniel Omelyanyuk yarışın qalibi adını qazanıb.

18-22 yaş qadınlar arasında Nuran Musayeva öz kateqoriyasında lider olub.

23-45 yaşda olan qadınlar kateqoriyasında I yerdə Yevgeniya Cavadova, II yerdə Cəmilə Məmmədova, kişilər arasında I yerdə Edik Murtuzayev, II yerdə Rəsul Aslanov, III yerdə İqor Kulakov qərarlaşıb.

46-56 yaş kateqoriyasında qadınlar arasında yarışın qalibi İrina Qarifova olub. Kişilər arasında I yerin sahibi Aydar Qarifov, II yerin sahibi isə Ceyhun Vəzirov olub.

Veteran snoubordçular arasında Azad Kəlbiyev yarışı qalibiyyətlə yekunlaşdırıb.

Yarışın sonunda qaliblər "Şahdağ” Turizm Mərkəzi tərəfindən medallar və diplomlarla təltif olunub, o cümlədən onlara müxtəlif həvəsləndirici hədiyyələr təqdim edilib.

Heydər Əliyev Kuboku fevralın 1-2-də müxtəlif yaş kateqoriyalarında olan uşaqlar və böyüklər arasında xizək yarışı üzrə davam etdiriləcək.


3094 oxunub

InvestAZ