"Qarabağ” klubu futbol üzrə UEFA Avropa Liqasında növbəti oyununu keçirib. Ağdam təmsilçisi Liqa mərhələsinin VII turu çərçivəsində Bakıda Rumıniyanın FKSB klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan oyun qonaqların qələbəsi ilə başa çatıb -2:3. Oyunda hesabı 2-ci dəqiqədə Qurban Qurbanovun komandası açıb. Leandro Andrade komandasını hesabda önə çıxarıb. Lakin 5 dəqiqə sonra qonaqlar hesabı bərabərləşdirib. Adrian Şut adını tabloya yazdırıb. Matçın 41-ci dəqiqəsində rəqibin heyətində Coyskim Dava avtoqol müəllifi olub. Təəssüf ki, "Qarabağ" üstünlüyünü sona qədər qoruya bilmədi. 45+4-cü dəqiqədə rumınların heyətində David Mikelesku yenidən hesaba tarazlıq gətirib. FCSB-nin qələbə qolunu isə oyunun 73-cü dəqiqəsində Adiran Şut fərqlənib.
Qeyd edək ki, 7 oyundan sonra aktivində 3 xalı olan "Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin başa çatmasına bir tur qalmış pley-offa yüksəlmək şansını itirib. Qurban Qurbanovun komandası yanvarın 31-də səfərdə Yunanıstan təmsilçisi "Olimpiakos"la qarşılaşacaq. Pley-off şansını itirən "Qarabağ" üçün bu oyun formal xarakter daşıyacaq.