XƏBƏR LENTİ
15 Fevral 2025
14 Fevral 2025
13 Fevral 2025
12 Fevral 2025
11 Fevral 2025
10 Fevral 2025



Boks üzrə Azərbaycan birinciliyi yekunlaşdı
İdman 18:30 / 19.01.2025

Gənc boksçular arasında Azərbaycan birinciliyinə yekun vurulub. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 64 komandanın 304 (278 kişi, 26 qadın) idmançısı qüvvəsini sınayıb.

6 gün davam edən turnirin son günündə oğlanlar arasında 13, qızlarda 5 çəki dərəcəsi üzrə çempion və medalçılar müəyyənləşib.

Boks Mərkəzində təşkil edilən yarışda bu gün final görüşləri keçirilib və ölkənin ən güclülərinin adlarına aydınlıq gəlib.

Turnirin komanda hesabında "Təhsil” Respublika İdman Mərkəzi 45 xalla birinci yeri tutub. İkinci pilləyə Gəncə (31) yiyələndiyi halda, "üçlüy”ü "Dəmir Yumruq” (27) qapayıb.

Birincilikdə ən yaxşı boksçu adına Sübhan Məmmədov layiq görülüb. Ən yaxşı məşqçi Ruslan Dadaşov (Şirvan), ən yaxşı hakim isə Rövşən Qədirov seçilib.


2250 oxunub

InvestAZ