XƏBƏR LENTİ
19 İyul 2025
18 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025



Azərbaycan 2026-cı ildə xizək alpinizmi üzrə Avropa çempionatına ev sahibliyi edə bilər 
İdman 13:48 / 10.01.2025

"Azərbaycan 2026-cı ildə xizək alpinizmi üzrə Avropa çempionatına ev sahibliyi etmək üçün Beynəlxalq Xizək Alpinizmi Federasiyasına müraciət edib”.

Bunu Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova "Şahdağ” Turizm Kompleksində keçirilən xizək alpinizmi üzrə Dünya Kubokunun açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Baş katib Azərbaycanın seçimlərdən uğurla keçəcəyini və gələn il üçün turnirin hazırlıqlarına start verəcəklərinə inandığını bildirib. O, həmçinin əsas hədəfin 2027-ci ildə dünya çempionatına ev sahibliyi etməkdən ibarət olduğu qeyd edib.

Xizək alpinizmi üzrə Dünya Kubokunun ilk dəfə olaraq Şahdağda keçirilməsinin qürurverici hal olduğunu deyən Günel Bədəlova yarışda 26 ölkədən 108 atletin mübarizə apardığını bildirib.

"Dünya Kubokunda iştirak edən idmançılardan 36-sı qadın, 72-si isə kişidir. Qazaxıstan və Qətəri təmsil edən idmançılar ilk dəfə olaraq xizək alpinizmi üzrə Dünya Kubokunda iştirak edirlər. Ümid edirik ki, Azərbaycan Qış İdman Növləri Federasiyası bununla kifayətlənməyəcək və daha bir neçə mötəbər idman yarışlarına ev sahibliyi edəcək", - deyə Günel Bədəlova bildirib. 

Qeyd edək ki, Yanvarın 13-dək davam edəcək Dünya Kuboku 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün təsnifat yarışlarından biri hesab edilir.


7960 oxunub

InvestAZ