XƏBƏR LENTİ
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026



Messi və komanda yoldaşları Bakıda
İdman 08:30 / 11.12.2024

Dünya futbolunun əfsanəsi Lionel Messi və komanda yoldaşları Bakıya gəliblər.

İdmançıları daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Hava limanında onları iş adamı Adnan Əhmədzadə qarşılayıb.

Qeyd edək ki, ABŞ-nin "İnter Mayami” klubunun futbolçuları – Lionel Messi, Luis Suares, Serxio Buskets və Xordi Alba dekabrın 11-də Bakı Kristal Zalında keçiriləcək görüşdə iştirak edəcəklər.

Tədbiri xüsusi musiqi atmosferi müşayiət edəcək. Bakı Kristal Zalının səhnəsində dünya şöhrətli bəstəkar və müğənni Villi Uilyam və məşhur "Morandi” qrupu çıxış edəcək. İştirakçılara enerjili və yaddaqalan ritmlərlə musiqili proqram təqdim olunacaq.


15737 oxunub

InvestAZ