XƏBƏR LENTİ
21 Oktyabr 2025
20 Oktyabr 2025
19 Oktyabr 2025
18 Oktyabr 2025
17 Oktyabr 2025
16 Oktyabr 2025



Bu gün Basketbol Liqasında daha bir oyunu keçiriləcək
İdman 10:12 / 06.12.2024

Bu gün Azərbaycan Basketbol Liqasında V turun daha bir oyunu keçiriləcək.

Ölkə çempionu "Sabah" "Naxçıvan"la qarşılaşacaq. Oyuna saat 19:00-da start veriləcək. A qrupunda yer alan hər iki komandanın 8 xalı var. Paytaxt təmsilçisi top fərqinə görə birinci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki üç matçında "Quba" "Ordu"ya (101:75), "Sərhədçi" NTD-yə (84:79), "Abşeron" "Neftçi"yə (72:56) qalib gəlib. "Sumqayıt" - "Gəncə" görüşü dekabrın 7-də, "Şəki" - "Lənkəran" oyunu isə dekabrın 8-də təşkil olunacaq. 


11650 oxunub

InvestAZ