XƏBƏR LENTİ
19 Aprel 2025
18 Aprel 2025
17 Aprel 2025
16 Aprel 2025
15 Aprel 2025
14 Aprel 2025
13 Aprel 2025



Avropa Liqasında V turun oyunları keçiriləcək 
İdman 10:38 / 28.11.2024

Bu gün futbol üzrə UEFA Avropa LiqasınınLiqa mərhələsindəV turun oyunlarına start veriləcək.

Turun maraqlı görüşlərdən biri İngiltərədə "Tottenhem” və "Roma” klubları arasında olacaq.

"Mançester Yunayted” isə doöma meydandaNorveçin "Budyo Qlimt” klubu ilə qarşılaşacaq.

Türkiyə klublarından"Qalatasaray" Niderlandda "AZ Alkmaar"ın qonağı olacaq. "Beşiktaş" İsrailin "Makkabi" (Təl-Əviv) komandası ilə üz-üzə gələcək. Siyasi məsələlərə görə bu görüş Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda oynanılacaq. Hər iki oyun Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. "Fənərbağça" isə Çexiyada "Slaviya" (Praqa) komandası ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək."Qarabağ”ın Liqa mərhələsindəki digər rəqibləri FKSB (Rumıniya) və "Olimpiakos” (Yunanıstan) isə Rumıniyada üz-üzə gələcək.

Qeyd edək ki, Liqa mərhələsində VI tura dekabrın 11-də start veriləcək.

UEFA Avropa Liqası

Liqa mərhələsi

V tur

28 noyabr

21:45. "Latsio” (İtaliya) - "Ludoqorets” (Bolqarıstan)
21:45. AZ (Niderland) - "Qalatasaray” (Türkiyə)
21:45. "Qarabağ” (Azərbaycan) - "Lion” (Fransa)
21:45. "Dinamo” (Kiyev, Ukrayna) - "Viktoriya” (Çexiya)
21:45. "Atletik” (İspaniya) - "Elfsborq” (İsveç)
21:45. "Anderlext” (Belçika) - "Portu” (Portuqaliya)
21:45. "Beşiktaş” (Türkiyə) - "Makkabi” (Təl-Əviv, İsrail)
21:45. RFS (Latviya) - PAOK (Yunanıstan)
00:00. "Mançester Yunayted” (İngiltərə) - "Budyo Qlimt” (Norveç)
00:00. "Tottenhem” (İngiltərə) - "Roma” (İtaliya)
00:00. "Slaviya” (Çexiya) - "Fənərbağça” (Türkiyə)
00:00. "Real Sosyedad” (İspaniya) - "Ayaks” (Niderland)
00:00. "Braqa” (Portuqaliya) - "Hoffenhaym” (Almaniya)
00:00. "Ferentsvaroş” (Macarıstan) - "Malmö” (İsveç)
00:00. "Midtyullann" (Danimarka) - "Ayntraxt” (Almaniya)
00:00. "Nitsa” (Fransa) - "Reyncers” (Şotlandiya)
00:00. "Tvente” (Niderland”) - "Yunion” (Belçika)
00:00. FKSB (Rumıniya) - "Olimpiakos” (Yunanıstan)


6033 oxunub

InvestAZ