XƏBƏR LENTİ
15 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026
05 Yanvar 2026



MOK-da İslam Həmrəyliyi İdman Assosiasiyasının nümayəndə heyəti ilə görüş olub
İdman 17:01 / 19.11.2024

Noyabrın 19-da Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə səfərdə olan İslam Həmrəyliyi İdman Assosiasiyasının nümayəndə heyətini qəbul edib.

Görüşdə İslam Həmrəyliyi İdman Assosiasiyasının baş katibi Nasser Ayman Mayali, strategiya və proqramlar direktoru Mazen Diab və millət vəkili, MOK-un İcraiyyə Komitəsinin üzvü, İSSF-nin "Qadın və İdmanda Gender Bərabərliyi" komitəsinin rəhbəri Könül Nurullayeva iştirak edib.  

MOK-un inzibati binasında keçirilən görüşdə qonağı salamlayan Çingiz Hüseynzadə ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə danışıb. 

MOK-un vitse-prezidenti çıxışı zamanı 2017-ci ildə ölkəmizin IV İslam Həmrəliyi Oyunlarına uğurla ev sahibliyi etdiyini xatırladıb. 

Səmimi qəbula görə minnətdarlığını bildirən Nasser Ayman Mayali gələn il Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı məlumat verərək yarışların uğurla təşkil olunacağına inandığını bildirb. 

Görüş zamanı İslam Həmrəyliyi İdman Assosiasiyası ilə qarşılıqlı əlaqələr barədə məsələlər müzakirə edilib, həmçinin bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. 

 

Görüşün sonunda xatirə şəkli çəkdirilib.


15665 oxunub

InvestAZ