XƏBƏR LENTİ
17 Dekabr 2025
16 Dekabr 2025
15 Dekabr 2025



Veteran cüdoçularımızdan daha iki medal 
İdman 10:59 / 06.11.2024

Azərbaycanın daha bir veteran cüdoçusu ABŞ-nin Las-Veqas şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Mərdan Qədirli (90 kq) M1 yaş kateqoriyasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

M3 kateqoriyasında çıxış edən İntiqam Ələkbərov (100 kq) bürünc mükafat əldə edib.

Qeyd edək ki, daha əvvəl Fərhad Rəcəbli (90 kq, M8) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olib. Yarış bu gün başa çatacaq.


13793 oxunub

InvestAZ