XƏBƏR LENTİ
18 Dekabr 2025
17 Dekabr 2025
16 Dekabr 2025
15 Dekabr 2025



Kata üzrə təlim-məşq toplanışı təşkil edilib
İdman 12:43 / 04.11.2024

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Goranboy Olimpiya İdman Kompleksində kata üzrə təlim-məşq toplanışı keçirilib.

Bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Hazırlıq prosesində Azərbaycan kata milli yığma komandasının üzvləri və 18 yaşadək yeniyetmələr arasında ölkə birinciliyində ilk yerləri tutmuş cüdoçular iştirak ediblər.

Bu təlim-məşq toplanışı yeniyetmə cüdoçuların iştirak etdiyi ilk belə tədbir olub. Təlim-məşq toplanışının məqsədi noyabrın 9-10-da ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək kata üzrə dünya çempionatına hazırlıqdır.

Təlim-məşq prosesi idmançılarımızın texniki bacarıqlarını artırmağa və beynəlxalq arenada uğur qazanmaq üçün vacib təcrübə toplamağa yönəlib.


14998 oxunub

InvestAZ