XƏBƏR LENTİ
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026



Karateçilərimizdən dünya çempionatında uğurlu nəticə
İdman 16:01 / 30.10.2024

Azərbaycan millisi Serbiyanın paytaxtı Belqradda təşkil olunmuş karate-do üzrə dünya çempionatında uğurlu çıxış edib.

Karate-Do Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 31-ci dəfə təşkil olunan turnirdə idmançılarımız şəxsi yarışlarda 7 qızıl medal qazanıblar.

Karateçilərdən Əli Əhmədov (10-11 yaş, 34 kq), Eldar Bağırov (12-13 yaş, 53 kq), Mikayıl Nağıyev (14-15 yaş, "Open"), Zəki Cəfərzadə (16-17 yaş, 73 kq), Nərmin Əliyeva (14-15 yaş, "Open"), Humay Həsənli (18 və daha yuxarı yaş qrupu, 58 kq) və Rauf Yusifov (Master) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Bununla yanaşı, yığma komanda yarışında 2 qızıl medal əldə edib. 12-15 yaş qrupunda oğlanlar, eyni yaş qrupunda qarışıq komanda fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qeyd edək ki, Azərbaycan millisi bu nəticə ilə dünya çempionatında 44 ölkə arasında 5-ci yeri tutub.


20981 oxunub

InvestAZ