XƏBƏR LENTİ
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026



Beynəlxalq Gimnastika Federasiyasının rəsmisi ölkəmizə gələcək
İdman 13:29 / 12.09.2024

Beynəlxalq Gimnastika Federasiyasının batut gimnastikası üzrə Texniki Komitəsinin üzvü, iki Olimpiya Oyunlarının iştirakçısı, batut üzrə 6 qat dünya çempionu, 7 qat Avropa çempionu, belaruslu mütəxəssis Dmitri Polyaruş Azərbaycana səfər edəcək.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, qurum rəsmisi ölkəmizdə keçiriləcək "Milli mütəxəssislər üçün hakimlik və məşqçilik üzrə seminar”da bilik və bacarıqlarını bölüşəcək.

Qeyd edək ki, seminar sentyabrın 16-20-si aralığında keçiriləcək.


18624 oxunub

InvestAZ