XƏBƏR LENTİ
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026



Boksçularımız beynəlxalq turnirdə iki medal qazandılar
İdman 17:57 / 30.08.2024

Rusiyanın Çita şəhərində keçirilən gənc boksçular arasında beynəlxalq turnirinə yekun vurulub. 

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, millimiz yarışı 2 medalla başa vurub.

Baş məşqçi Elbrus Rzayevin rəhbərlik etdiyi komandada Məhəmmədəli Qasımzadə gümüş, Tağı Nəsibov (hər ikisi 60 kq) bürünc mükafat qazanıb. Qasımzadə, həmçinin turnirin ən əzmkar boksçusu seçilib.

Qeyd edək ki, turnirdə 16 ölkədən 120 boksçu mübarizə aparıb.


20130 oxunub

InvestAZ