XƏBƏR LENTİ
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Paris-2024: 48 idmançımızdan 26-sı medal uğrunda mübarizəni dayandırdı
İdman 23:55 / 05.08.2024

Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında daha bir yarış günü idmançılarımız üçün başa çatdı. Bu gün Olimpiya Oyunlarında güləş yarışlarına start verilib.Mübarizəyə ilk olaraq yunan-Roma güləşçiləri başlayıblar. Güləş yarışlarının ilk günündə iki pəhləvanımız Sabah Şəriəti (130 kq) və Murad Məmmədov (60 kq) xalça üzərinə çıxıblar. Pəhləvanlarımızdan Sabah Şəriəti 1/8 finalda estoniyalı Heyki Nabiyə, növbəti mərhələdə isə qazaxıstanlı Alimxan Sızdıkova qalib gəlib. Görüşü qələbə ilə başa vuran Sabah yarımfinala yüksəlib. İdmançımız finala gedən yolda kubalı dördqat Olimpiya, beşqat dünya çempionu Mixain Lopeslə qarşılaşıb. Rəqibinə 4:1 hesabı ilə məğlub olan idmançımız sabah bürünc medal uğrunda görüşə çıxacaq.
Komandamızın digər üzvü Murad Məmmədov (60 kq) isə 1/8 finalda venesuelalı Rayber Joze Rodriqes Oroskoya məğlub olub.

Beləliklə,15 idman növü üzrə 48 idmançı ilə Parisə yollanan komandamızın 31 üzvü artıq yarışlarda iştirak edib. Onlardan da 26-sı çıxışını medalsız başa vurub.

Təmsilçilərimizdən Hidayət Heydərov (-73 kq) və Zelim Kotsoyev (-100 kq) cüdo yarışlarında qızıl medal qazanaraq Azərbaycan himnini səsləndiriblər. Boksçumuz Alfonso Dominqes (92 kq), Anna Skidan və Sabah Şəriəti (130 kq) isə olimpiadada mübarizəsini davam etdirir.

Dəri əlcək ustamız finala yüksəlməklə ən azı gümüş medalı təmin edib. O, avqustun 10-da təşkil olunacaq həlledici görüşdəözbəkistanlı Lazizbek Mullojonovla qarşılaşacaq.

Avqustun 6-da isə digər təmsilçilərimizdən Anna Skindan final, güləşçimiz Sabah Şəriəti isə üçüncü yer uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına avqustun 11-də yekun vurulacaq.


11046 oxunub

InvestAZ