Azərbaycan komandası Paris-2024 Yay Olimpiya Oyunlarında medal sıralamasında 16-cı pillədə qərarlaşıb. Komandamızın aktivində hələlik bir qızıl medal var. Yeganə medalı komandamıza cüdoçu Hidayət Heydərov (-73 kq) qazandırıb. Ölkəmizlə birlikdə Yeni Zelandiya, Rumıniya, Sloveniya, Serbiya və Özbəkistan da bir qızıl medalla 16-21-ci yerləri bölüşdürür.
İlk "üçlük"də 7 qızıl, 2 gümüş və 4 bürünc medalla Yaponiya komandası qərarlaşıb. Çin (6 qızıl, 6 gümüş, 2 bürünc) ikinci, Avstraliya (6 qızıl, 4 gümüş, 1 bürünc) isə üçüncüdür.
Türkiyə komandası isə 1 gümüş və 1 bürünc medalla 24-cüdür.
Paris-2024-də hələlik 43 ölkə medal qazana bilib.
Paris-2024 Olimpiadasında medal sıralaması
Yer | Ölkə | Qızıl | Gümüş | Bürünc | Medal sayı |
1 | Yaponiya | 7 | 2 | 4 | 13 |
2 | Çin | 6 | 6 | 2 | 14 |
3 | Avstraliya | 6 | 4 | 1 | 11 |
4 | Fransa | 5 | 9 | 4 | 18 |
5 | Cənubi Koreya | 5 | 3 | 3 | 11 |
6 | ABŞ | 4 | 11 | 11 | 26 |
7 | Böyük Britaniya | 4 | 5 | 3 | 12 |
8 | İtaliya | 3 | 4 | 4 | 11 |
9 | Kanada | 2 | 2 | 2 | 6 |
10 | Honkonq | 2 | 0 | 1 | 3 |
11 | Almaniya | 2 | 0 | 0 | 2 |
12-13 | Qazaxıstan | 1 | 0 | 2 | 3 |
CAR | 1 | 0 | 2 | 3 | |
14-15 | Belçika | 1 | 0 | 1 | 2 |
İrlandiya | 1 | 0 | 1 | 2 | |
16-21 | AZƏRBAYCAN | 1 | 0 | 0 | 1 |
Yeni Zelandiya | 1 | 0 | 0 | 1 | |
Rumınya | 1 | 0 | 0 | 1 | |
Sloveniya | 1 | 0 | 0 | 1 | |
Slovakiya | 1 | 0 | 0 | 1 | |
Özbəkistan | 1 | 0 | 0 | 1 | |
22 | Braziliya | 0 | 1 | 3 | 4 |
23 | İsveç | 0 | 1 | 2 | 3 |
24-27 | Kosova | 0 | 1 | 1 | 2 |
Meksika | 0 | 1 | 1 | 2 | |
Polşa | 0 | 1 | 1 | 2 | |
Türkiyə | 0 | 1 | 1 | 2 | |
28-32 | Fici | 0 | 1 | 0 | 1 |
Gürcüstan | 0 | 1 | 0 | 1 | |
Monqolustan | 0 | 1 | 0 | 1 | |
KXDR | 0 | 1 | 0 | 1 | |
Tunis | 0 | 1 | 0 | 1 | |
33-34 | Moldova | 0 | 0 | 2 | 2 |
Hindistan | 0 | 0 | 2 | 2 | |
35-43 | Xorvatiya | 0 | 0 | 1 | 1 |
Misir | 0 | 0 | 1 | 1 | |
İspaniya | 0 | 0 | 1 | 1 | |
Qvatemala | 0 | 0 | 1 | 1 | |
Macarıstan | 0 | 0 | 1 | 1 | |
İsveçrə | 0 | 0 | 1 | 1 | |
Slovakiya | 0 | 0 | 1 | 1 | |
Tacikistan | 0 | 0 | 1 | 1 | |
Ukrayna | 0 | 0 | 1 | 1 |