XƏBƏR LENTİ
25 İyul 2024
24 İyul 2024
23 İyul 2024



23 iyun - Beynəlxalq Olimpiya Günü kimi qeyd olunur
İdman 14:15 / 23.06.2024

1947-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Stokholmda keçirilən 41-ci sessiyasında Beynəlxalq Olimpiya Gününü qeyd etmək təklifi irəli sürülüb. Beləliklə, ilk Beynəlxalq Olimpiya Günü 1948-ci il iyunun 23-də 9 ölkədə qeyd olunub. Bu günü daha təntənəli şəkildə və bütün Milli Olimpiya Komitələrinin iştirakı ilə qeyd etmək üçün 1987-ci ildə Olimpiya Qaçış Günü keçirilib.

Artıq 76 ildir ki, bütün dünyada Beynəlxalq Olimpiya Günü qeyd edilir. Həmin gün baron Pyer de Kuberten tərəfindən əsası qoyulmuş Olimpiya Hərəkatının işıqlı ideallarına həsr olunub.

1894-cü ildə Olimpiya Hərəkatını təşkil etmək, populyarlaşdırmaq və ona rəhbərlik etmək üçün nəzərdə tutulmuş orqan yaradıldı. Bu orqan Beynəlxalq Olimpiya Komitəsi adlandırıldı.

Elə həmin il, 1894-cü il iyunun 23-də Parisdə bədən tərbiyəsi problemlərinə dair konqresdə on iki ölkənin nümayəndəsinin iştirakı ilə məşhur fransız öz tarixi məruzəsini etmişdir. Məruzədə o, konqresin iştirakçılarını Olimpiya Oyunlarının təşkilati əsasları ilə tanış edib.

Sonra konqres müasir tarixdə ilk Olimpiadanın keçirilməsi barədə qərar qəbul edib. Bu Olimpiada 1896-cı ildə Afinada keçirilib: on üç ölkənin 311 atleti Olimpiya proqramının on üç növü üzrə medallar uğrunda mübarizə aparıb. İndi dörd ildən bir planetin ən güclü atletlərinin yarışları keçirilir. Yalnız İkinci Dünya müharibəsi dövrü istisna təşkil edir.

BOK-un rəhbərliyi altında 32 Yay Olimpiya Oyunu və 23 Qış Olimpiadası keçirilib.

Bütün dünya idmançıları arasında Beynəlxalq Olimpiya Gününü yarışlar və müxtəlif tədbirlər keçirməklə qeyd etmək qəbul olunub. Ən çox iştirakçı cəlb etməklə atletlərin kütləvi qaçışlarının təşkili daha kütləvi xarakter alıb.

Beləliklə, Olimpiya Xartiyası adlanan xüsusi sənəddə şərh olunmuş əsas Olimpizm prinsipi təbliğ edilir. Xartiyada deyilir: "Olimpiya Hərəkatının məqsədi gəncləri idmanın köməyi ilə qarşılıqlı anlaşma və dostluq ruhunda tərbiyə etmək və beləliklə, daha yaxşı və firavan dünya yaratmağa kömək göstərməkdir”.

Beynəlxalq Olimpiya Günü hər il Azərbaycanda da qeyd olunur. Belə ki, 1992-ci ildən müstəqil dövlət olaraq Olimpiya Hərəkatına qoşulan Azərbaycan 1996-cı ildən etibarən hər il ölkəmizdə Beynəlxalq "Olimpiya Günü"nü qeyd edir. Bu ildə MOK-un təşkilatçılığı ilə Park Bulvarda "Beynəlxalq Olimpiya Günü”nə həsr olunmuş maraqlı və kütləvi tədbir keçirildi.

1997-ci ildə Milli Olimpiya Komitəsinə cənab İlham Əliyev prezident seçildikdən sonra Azərbaycanda Olimpiya Hərəkatı geniş vüsət almağa başlayıb. Bu illər ərzində Milli Olimpiya Komitəsinin təşkilati və quruculuq işləri bir an belə səngiməyib. Azərbaycanın hər bir yerində yeni və müasir idman komplekslərinin tikintisinə başlanılıb. Azərbaycan Milli Olimpiya Komitəsi başqa Olimpiya Komitələri üçün örnək olub. Belə ki, ulu Öndər Heydər Əliyev tərəfindən Atlanta Oyunlarına hazırlıq haqqında Sərəncamın imzalanması, hazırlığın daim dövlət nəzarəti altında saxlanması, idmançılara dövlət tərəfindən diqqət və qayğının gücləndirilməsi öz bəhrəsini verib. Azərbaycan Atlantada 23 idmançı ilə təmsil olundu, bir gümüş medal qazanıldı. Azərbaycan Olimpiya ölkəsinə çevrildi. Həmin zamandan Azərbaycanda idman və Olimpiya Hərəkatının inkişafında da böyük canlanma və intibat dövri başlayıb.

1998-ci ildə respublikamız ilk dəfə Qış Olimpiya oyunlarında iştirak edib. Yaponiyanın Naqano şəhərində keçirilən XVIII Qış Olimpiya oyunlarında respublikamız 5 nəfər idmançı ilə dörd yarışda təmsil olunub.

Azərbaycan idmançıları bu illər ərzində 7 Yay Olimpiya Oyunlarında və 6 Qış Olimpiya Oyunlarında iştirak edib və ümumilikdə 7 qızıl, 14 gümüş və 28 bürünc medal qazanıb.


3151 oxunub

InvestAZ