XƏBƏR LENTİ
06 Dekabr 2025
05 Dekabr 2025
04 Dekabr 2025
03 Dekabr 2025
02 Dekabr 2025



Boksçumuz Olimpiya lisenziyasının bir addımlığında
İdman 11:06 / 30.05.2024

Tailandın paytaxtı Banqkokda keçirilən boks II Dünya Olimpiya Təsnifat Turniri davam edir.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumta görə, yarışda iştirak edən boksçumuz Şamil Əsgərov növbəti döyüşünü keçirib. 57 kq-da mübarizə aparan boksçu 1/8 finalda Kaleb Tiradonu (Puerto Riko) sınağa çəkib. Görüşü 3:2 (30:27, 29:28, 30:27, 28:29, 27:30) hesablı qələbə ilə başa vuran idmançımız 1/4 finala vəsiqə qazanıb.

Boksçumuz 1/4 finalda Munarbek Seyitbek Uulu (Qırğızıstan) ilə döyüşəcək. Görüş mayın 31-də təşkil olunacaq.

Qeyd edək ki, bu gün 1/16 final çərçivəsində Alfonso Dominqes (92 kq) və Məhsəti Həmzəyeva (57 kq) də rinqə çıxacaq.


19585 oxunub

InvestAZ