XƏBƏR LENTİ
18 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025



Usik super ağır çəkidə mütləq dünya çempionu oldu
İdman 22:16 / 19.05.2024

Ukraynalı boksçu Aleksandr Usik ağır çəkidə boks üzrə mütləq dünya çempionu adı uğrunda döyüşdə britaniyalı Tayson Fyurini məğlub edib. Döyüş 12 raund davam edib və Usik hakimlərin qərarı ilə qalib gəlib: 115:112, 113:114, 114:113.

Usik ən nüfuzlu dörd versiyanın hamısı - WBC, WBA, WBO və IBF üzrə titullara sahibdir.

37 yaşlı Usik peşəkar rinqdə keçirdiyi bütün döyüşlərdə qalib gəlib və 35 yaşlı Fyuri üçün bu, karyerasında ilk məğlubiyyət olub.

Onların döyüş üçün qonorarı, müxtəlif mənbələrə görə, təxminən 100 milyon dollar olub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı "Kral Arena"sındakı qarşılaşmanı bir çox məşhurlar da daxil olmaqla 20 min adam izləyib.


12973 oxunub

InvestAZ