XƏBƏR LENTİ
27 İyul 2024
26 İyul 2024
25 İyul 2024
24 İyul 2024



Premyer Liqa: "Zirə" on nəfərlə "Neftçi" üzərində əzmkar qələbə qazandı
İdman 21:03 / 20.04.2024

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun daha bir oyunu keçirilib. Günün ikinci matçında "Zirə" klubu "Neftçi"ni qəbul edib. Zirə İdman Kompleksinin stadionunda keçirilən oyun qəsəbə təmsilçisinin qələbəsi ilə başa çatıb. Oyunda hesabı "Neftçi” komandası açıb. Emin Mahmudov matçın 19-cu dəqiqəsində rəqib qapısında təyin olunan penaltini dəqiq yerinə yetirib. Lakin Rəşad Sadıxovun komandası matçın 43-cü dəqiqəsində hesabı bərabərləşdirməyə müvəffəq olub.

Oyunun ikinci hissəsində meydan sahibləri azlıqda qalıblar. Matçın 67-ci dəqiqəsində ikinci sarı vərəqəni alan Ceyhun Nuriyev meydanı vaxtından əvvəl tərk edib. Azlıqda qalmasına baxmayaraq "Zirə” klubu qələbə qazanmağa müvəffəq olub. Əvvəlcə Fuad Bayramov 78-ci dəqiqədə komandasını hesabda önə çıxarıb. Oyunun 85-ci dəqiqəsində isə Vladislav Kulaç fərqi iki toa çatdırıb. Beləliklə, 10 nəfərlə qalan "Zirə” klubu "Neftçi”ni 3:1 hesabı ilə məğlub edib.

Qələbə sayəsində xallarımı 49-a çatdıran qəsəbə təmsilçisi ikinci pilləyə yüksəlib. 47 xalda qalan "Neftçi” isə dördüncü pillədə qərarlaşır.

Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.


3804 oxunub

InvestAZ