XƏBƏR LENTİ
17 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025



Ronaldo "Qoca Sinyora"dan pulunu alacaq 
İdman 15:31 / 18.04.2024

Kriştianu Ronaldo keçmiş klubu "Yuventus"a qarşı məhkəmədə qalib gəlib. "La Gazzetta dello Sport"un məlumatına görə, məhkəmə Turin klubunun Ronaldoya 19,5 milyon avro ödəməli olduğuna dair qərar çıxarıb. Söhbət Ronaldonun koronavirus pandemiyası zamanı klubdan almadığı maaşın bir hissəsindən gedir. Məlumat üçün bildirək ki, Kriştianu Ronaldo 2018-2021-ci illərdə "Qoca Sinyora"nın heyətində çıxış edib. Portuqaliyalı futbolçu bu müddət ərzində Turin klubunun heyətində 134 rəsmi oyun keçirib, 101 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb. Hazırda 39 yaşlı Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edir.



12574 oxunub

InvestAZ