XƏBƏR LENTİ
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026



"Makqreqoru oktaqonda sonuncu dəfə görəcəksiniz”
İdman 16:01 / 18.04.2024

Amerikalı UFC döyüşçüsü Maykl Çandler İrlandiya təmsilçisi Konor Makqreqorla keçirilməsi nəzərdə tutulan döyüş barəsində danışıb. "Bu döyüş idman tarixində ən böyük geri dönüşlə yadda qalacaq. Qayıdan ulduzu necə lazımdırsa, elə də qarşılayacağam. Mən bu adamı məhv edəcəyəm. Ən əsası Konor Makqreqoru oktaqonda sonuncu dəfə görəcəksiniz”, - deyə MMA Junkie Çandlerdən sitat gətirib.

Xatırladaq ki, aprelin 14-də Paradisedə (ABŞ) UFC 300 turnirinin yekununa həsr olunmuş mətbuat konfransında UFC prezidenti Dana Uayt bu görüşün Las-Veqasda keçiriləcəyini qeyd edib. Həmçinin o, UFC 303 turniri çərçivəsində iyunun 30-da keçirələcəyi barədə açıqlama vermişdi.

Məlumat üçün bildirək ki, 35 yaşlı Makqreqor 2021-ci ilin iyul ayından etibarən oktaqonda görünmür. Çandler isə 2022-ci ilin noyabrında Castin Puarye uduzduqdan sonra döyüşə çıxmayıb.


17157 oxunub

InvestAZ