XƏBƏR LENTİ
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026



"Judo Club 2012"nin yetirmələri Bakı birinciliyində 2 medal qazandılar
İdman 11:31 / 01.04.2024
Cüdo üzrə 15 yaşa qədər kiçik yaşlı yeniyetmələr arasında təşkil olunan Bakı şəhər birinciliyinə yekun vurulub. Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində təşkil olunan yarışda Bakının 70 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 841 cüdoçu medallar uğrunda mübarizə aparıb.
Turnirdə iştirak edən "Judo Club 2012”nin yetirmələri 2 medal qazanıblar. Klubun üzvlərindən Aysun Quliyeva (+63 kq) qızıl, Ömər Atayev (-66 kq) isə bürünc medala sahib çıxıb.
Sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaq məqsədi ilə keçirilən yarış 15 yaşa qədər yeniyetmələr arasında ölkə birinciliyinə seçim xarakteri daşıyıb.
23285 oxunub

InvestAZ