XƏBƏR LENTİ
12 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025



Miqrantların Parisdən köçürülməsi prosesi davam edir
İdman 14:20 / 29.03.2024

Fransa şəhərlərinin merləri Paris-2024 Yay Olimpiya Oyunları ərəfəsində Parisdən miqrantların gəlişindən narazıdırlar.

Şəhər rəhbərləri bu qərarı 2024-cü il Yay Olimpiya Oyunları ərəfəsində aparılan təmizləmələrlə əlaqələndirirlər. Belə ki, Orlean meri onun xəbəri olmadan artıq şəhərə 500-ə yaxın evsiz miqrantın gəldiyini bildirib. Oxşar hadisə Strasburq meriyası tərəfindən də qeydə alınıb.

"Müşahidə olunub ki, hər üç həftədən bir Parisdən avtobus Orleana 35-50 sərnişinlə gəlir", - Inside the Games nəşri Orlean şəhərinin meri Serj Qrouardan sitat gətirib. 

Qeyd edək ki, bundan əvvəl Lavora meri açıq məktub dərc edərək, miqrantların köçürülməsi siyasətini "məsuliyyətsiz” və "təhlükəli” adlandırmışdı.

Məlumat üçün bildirək ki, Parisdə Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.


12485 oxunub

InvestAZ