XƏBƏR LENTİ
19 İyul 2025
18 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025



Fəridə Əzizova: “Çox şadam ki, “İdman səfirləri” arasında mənə də etimad göstərilib”
İdman 16:05 / 05.03.2024

"Hamını bayram münasibətilə təbrik edirəm. Çox şadam ki, İdman səfirləri arasında mənə də etimad göstərilib. Çalışacağam ki, bir səfir kimi idmanın bölgələrdə də təbliğində vasitəçi olum”.

Bu sözləri Gənclər və İdman Nazirliyi tərəfindən "İdman səfiri” seçilən taekvondo üzrə Avropa və dünya çempionatlarının bürünc mükafatçısı, V İslam Həmrəyliyi Oyunlarının qalibi Fəridə Əzizova 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə Qubada keçirilən idman paradında "olimpiyadunyasi.com" saytına müsahibəsində deyib.

İdmanın gələcək nəsilin sağlam formalaşmasında və pis vərdişlərdən uzaq olmasında mühüm rol oynadığını deyən təcrübəli idmançı gələcək üçün yeni layihələrinin olduğunu bildirib. "Bu layihələri Azərbaycan Taekvondo Federsiyasına təqdim edəcəyəm. İnanıram ki, ideyalarım bəyəniləcək. Ən əsası istəyirəm ki, milli komandamızın heyətində perspektivli yeniyetmə idmançıların sayı artsın. Bir sözlə, öz təcrübəmi onlarla bölüşmək istəyirəm”, - deyə Fəridə Əzizova qeyd edib.


13505 oxunub

InvestAZ