Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun oyunlarına start verilib. Turun açılış oyunu Qəbələdə oynanılıb. Günün yeganə matçında "Kəpəz" və "Qəbələ" komandaları üz-üzə gəlib.
Görüş nominal meydan sahibi olan Gəncə təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1. Qalib komandanın heyətində 19-cu dəqiqədə Georgi Papunaşvili, 66-cı dəqiqədə isə penaltidən Amil Yunanov fərqlənib. "Qəbələ”nin yeganə qolunun müəllifi 44-cü dəqiqədə Osama Xalayla olub.
Bu qələbədən sonra "Kəpəz" 23 xalla 9-cu, "Qəbələ" isə 15 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, turun digər oyunları fevralın 24-25-də reallaşacaq.