XƏBƏR LENTİ
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026
05 Yanvar 2026
03 Yanvar 2026
01 Yanvar 2026
29 Dekabr 2025



Könüllülük proqramına qeydiyyat başlanıb
İdman 22:20 / 11.06.2019

Avro-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək üç qrup oyunu (müvafiq olaraq, iyunun 13-də, 17-də və 21-də), eləcə də dörddəbir final mərhələsi qarşılaşmasının (4 iyul) təşkilati və UEFA ilə əlaqələndirmə işlərindən məsul olan AFFA bu mötəbər yarışda da könüllülərin xidmətindən yararlanacaq.
Bununla əlaqədar iyunun 11-də Avro-2020 Könüllülər Mərkəzində Avropa çempionatının Bakı şəhəri üzrə könüllülər proqramının təqdimatı keçirilib.
Təqdimatda könüllülər proqramı haqqında ümumi məlumat verilib. Qeyd olunub ki, könüllü cəlb olunması prosesi iyunun 11-dən noyabrın 30-dək müddəti əhatə edəcək. Bu proqrama qoşularaq öz şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirmək, yeni beynəlxalq dostlar qazanmaq və futbol dünyasının bir hissəsi olmaq istəyən hər kəs euro2020.affa.az linkinə keçid edərək qeydiyyat formasını doldura bilər. Qeydiyyatdan keçmiş hər bir kəs 2019-cu ilin sentyabrında müsahibəyə dəvət ediləcək.
Könüllülük proqramı nəinki tələbələr, həmçinin qitə əhəmiyyətli idman tədbirinin bir hissəsi olmaq istəyən hər kəsə açıq olacaq. Proqram çərçivəsində təşkilati məsələlərlə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi master-klasslar və sair kimi tədbirlərin keçirilməsi planlaşdırılır.
Könüllü uniforması, yeni dostlar, bilik, bacarıq və beynəlxalq təcrübə əldə etmək istəyən hər bir şəxs proqrama qoşulmağa dəvət edilir. Qeydiyyatla bağlı suallar [email protected] email ünvanına göndərilə bilər.


39902 oxunub

InvestAZ