XƏBƏR LENTİ
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025



Millətlər Liqası: komandamız Bakıda son oyununa çıxacaq
İdman 12:02 / 05.12.2023

Bu gün futbol üzrə qadınlardan ibarət milli komandamız UEFA Millətlər Liqasında sonuncu oyununu keçirəcək. C Liqasının 3-cü qrupunda yer alan komandamız Bakıda Farer adaları yığması ilə qarşılaşacaq. "Dalğa Arena”da təşkil olunacaq oyunun baş hakimi isveçli Lovisa Yohansson olacaq. Ona bu işdə Kamilla Stendal və Yilan Taher köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Maral Mirzai Beni yerinə yetirəcək.

Qarşılaşmaya saat 19:00-da start veriləcək.

Qeyd edək ki, Azərbaycan millisi beş turdan sonra 13 xalla həm qrup liderliyini, həm də B Liqasına vəsiqəni təmin edib. Xalı olmayan Farer adaları isə sonuncu pillədə yer alıb.


14284 oxunub

InvestAZ