XƏBƏR LENTİ
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



Çimərlik voleybolu üzrə ölkə çempionatı yekunlaşdı
İdman 11:12 / 04.09.2023

Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib. "Heydər Əliyev İli” çərçivəsində Su İdmanı Sarayında təşkil olunan yarışda final qarşılaşmaları ilə həm qadın, həm də kişilərin mübarizəsinə yekun vurulub.

Qadınlarda Nərmin Musayeva - Çinarə Quliyeva, kişilərin mübarizəsində isə Asif Əliyev - Heydər Məmmədli cütlükləri bürünc medallara sahib çıxıblar.

Daha sonra final oyunları baş tutub. Qadınların həlledici matçında Larisa Smeltsova - Fidan Əhmədxanova tandemi Leyla Parşkova və Fidan Fərzullayevadan ibarət komandaya 2:0 hesabı ilə qalib gələrək çempion olub.

Kişilərin mübarizəsində isə Vüqar Bayramov - Ülvi Rəcəbli cütünü 2:1 hesabı ilə məğlub edən Vadim Kutukov - Elmin Alışanov dueti qızıl medala sahib çıxıb.

Oyunların ardından mükafatlandırma və bağlanış mərasimi keçirilib. Qaliblərə diplom və medalları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov təqdim ediblər.


16176 oxunub

InvestAZ