XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



“Psixoloji hazırlığı olan futbolçu rəqibdən heç bir xüsusiyyətinə görə çəkinməli deyil”
İdman 16:13 / 28.03.2023
Futbol ölkəmizdə çox sevilir. Populyarlığına görə birinci yerdə olan futbolla müxtəlif yaş qrupları üzrə həvəskar çıxış edən komanda və klublar da var. Bu isə insanların sağlamlığına, asudə vaxtlarının səmərəli təşkilinə, zərərli vərdişlərdən uzaq olmasına xidmət edir. Bu cur komandalardan biri də "Gənclər” futbol məktəbi adı altında sağlam həyat tərzini təbliğinə çalışır. "Olimpiya dünyası”qəzeti bu dəfə Bakı kənd və qəsəbələrarası qış-yaz birinciliyinin iştirakçısı olan həmin komanda haqqında yazını oxucularına təqdim edir. Məlumat üçün bildirək ki, komandanın baş məşqçisi Samir Şıxəliyevdir. 22 ildir ki, bu sahədə çalışan gənc mütəxəssis uzun müddətdir ki, bu klubun uğurları üçün çalışır.
"Gənclər” futbol məktəbinin baş məşqçisi komandanın fəaliyyətindən danışarkən bunları dedi: "Dörd ilə yaxındır ki, komandamız formalaşıb. Heyətə ən istedadlı və futbola marağı olan uşaqları cəlb etmişik. Təcrübəli uşaqları komanda daxil edib, yarışlarda mübarizə qoşulmuşuq. Hazırda mükafatalayiq yerlər uğrunda yarışırıq. İlk üçlükdəki komandalarla xal fərqimiz elə də böyük deyil.” Samir Şıxəliyev söhbət zamanı bildirdi ki, heyət gənclərdən təşkil olunub. Onlar rəqib komandalarla rəqabətdən çəkinmirlər.
"Klubumuz 9-cu mikrorayonda yerləşir. Həftədə 2 dəfə məşq keçiririk. Komandamızda çıxış edən futbolçuların əksəriyyəti 16-18 yaşlı həvəskar yeniyetmələrdən ibarətdir. Heyətdə cəmi iki oyunçumuz var ki, onların da yaş həddi 20-21 arasında dəyişir. Göründüyü kimi, bu yaşda həmin uşaqlar böyüklərdən ibarət rəqib komandalarla meydan mübarizəsinə qoşulurlar. Hesab edirəm ki, psixoloji hazırlığı olan futbolçu rəqibdən heç bir xüsusiyyətinə görə çəkinməli deyil. Hərdən zarafatla deyirəm ki, siz cavan və güclüsüz, onların isə yaşları keçib. Onlar 15 dəqiqədən çox oynaya bilməyəcəklər, yorulacaqlar. Siz isə topun arxasınca onlardan tez qaçırsız. Bütün hallarda siz onlardan öndəsiniz. İlk növbədə uşaqların psixologiyası ilə məşq olmaq lazımdır.”, - deyə baş məşçi vurğuladı.

7342 oxunub

InvestAZ