XƏBƏR LENTİ
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026



“Məhsul”dan çətin qələbə
İdman 19:15 / 27.03.2023

Kişi həndbolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. XXI turda "Məhsul” "Təhsil”lə qarşılaşıb. Gərgin və maraqlı mübarizə ilə yadda qalan görüş birincilərin 23:20 hesablı qələbəsi ilə nəticələnib.

Turun digər oyunlarında favoritlər asan qələbə qazanıblar. "Dinamo” U-16-nı 48:22, "Bakı” RİOEUGİM-i 43:28 hesabı ilə məğlub edib.

"Təhsil” və "Məhsul” komandalarının XXII turdakı dueli də gərgin keçib. "Tələbələr” ciddi müqavimət göstərməsinə baxmayaraq, yenə məğlubiyyətlə üzləşiblər – 21:22.

"Dinamo” U-16-ya 62:28, "Bakı” isə RİOEUGİM-ə 39:31 hesabı ilə qalib gəlib.

Aktivində 45 xal olan "İdman Akademiyası” çempionatın vahid lideridir. "Məhsul” 41 xalla ikinci, "Dinamo” 36 xalla üçüncü pillədə qərarlaşıb. 4-cü yerdəki "Təhsil”in 27 xalı var. "Bakı” 7 xalla beşinci sırada qərar tutur. RİOEUGİM-lə U-16 hərəyə 3 xalla 6-7-ci yerləri bölüşdürürlər.


22982 oxunub

InvestAZ