XƏBƏR LENTİ
30 May 2024
29 May 2024
28 May 2024
27 May 2024
24 May 2024



Yusif Məmmədovun xatirəsinə sərbəst güləş üzrə turnir keçirilib
İdman 16:55 / 06.02.2023

Fevralın 5-də İmişli Olimpiya İdman Kompleksində Yusif Məmmədovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında (U-17) açıq birincilik keçirilib.Yarışda paytaxt və bölgələri təmsil edən 14 komandanın iştirakı ilə 140 idmançı qüvvəsini sınayıb. Turnirin açılış mərasimində yarışın informasiya dəstəyi olan "Olimpiya dünyası” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Murad Fərzəliyev və rayonun idman ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.
Məlumat üçün bildirək ki, vaxtilə həvəskar güləşlə məşğul olan Yusif Məmmədov 2020-ci ildə dənizdə boğulmaq təhlükəsində olanyeniyetmə uşağı xilas etdikdən sonra özü dünyasını dəyişib.



13026 oxunub

InvestAZ