XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



“Heydər Əliyev İli” çərçivəsində Gömrük əməkdaşları arasında şahmat turniri keçirilib  - FOTO
İdman 12:26 / 05.02.2023
Bu yaxınlarda "Heydər Əliyev İli” çərçivəsində gömrük orqanları əməkdaşları arasında şahmat turniri təşkil olunub.
Çempionatın açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib ki, müstəqil Azərbaycanın memarı ümummilli lider Heydər Əliyevin xatirəsi hər zaman qəlbimizdə yaşayacaq. Qeyd olunub ki, Dövlət Gömrük Komitəsi tərəfindən "Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub, gömrük orqanları əməkdaşları arasında şahmat idman növü üzrə çempionat da bu məqsədlə təşkil edilib.
2 gün davam edən yarış İsveçrə sistemi üzrə keçirilib və 9 turdan ibarət olub Yarışın keçirilməsində məqsəd gömrük əməkdaşlarının fərdi bacarıqlarının, və intellektual səviyyələrinin inkişaf etdirilməsinə şərait yaradılmasından ibarət olub.
Çempionatda Dövlət Gömrük Komitəsinin bütün struktur bölmələrindən 74 nəfər gömrük əməkdaşı iştirak edib. Oyunlar 40 dəqiqə davam edib və hər oyunçuya 20 dəqiqə vaxt verilib.
Turniri beynəlxalq dərəcəli hakimlər Lütfiyar Rüstəmov və Nurəli Məmmədzadə idarə ediblər.
Çempionatda birinci yerə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı Elvin Quliyev layiq görülüb. İkinci və üçüncü yerləri isə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməkdaşları Rauf Əliyev və Vüqar Əliyev tutublar.
Qaliblər medallar və sertifikatlar ilə təltif olunublar.
Çempionatın bağlanış mərasimində ədalət prinsiplərinə sadiqliyinə görə turnirin iştirakçıları Aytən Mehdiyeva, İbrahim Səfərli və yarışın hakimi Lütfiyar Rüstəmova Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası (AzƏOK) tərəfindən diplomlar təqdim olunub. Diplomları mükafatçılara AzƏOK-un sədri Xəzər İsayev təqdim edib.

11902 oxunub

InvestAZ