XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



DÇ-2022: qrup mərhələsi yekunlaşır
İdman 12:35 / 02.12.2022

Bu gün Qətərdə təşkil olunan DÇ-2022-də qrup mərhələsinə yekun vurulacaq. 3-cü turun son oyun günündə G və H qruplarında 4 matç keçiriləcək.
G qrupunda pley-offa vəsiqəni təmin edən Braziliya Kamerunla qarşılaşacaq. Qrupun digər oyununda İsveçrə Serbiya ilə üz-üzə gələcək. İsveçrəlilər qələbə qazanacaqları halda, Kamerun - Braziliya görüşünün nəticəsindən asılı olmayaraq, mərhələ adlayacaqlar.
H qrupunda isə 1/8 finala adlayan Portuqaliya millisi Cənubi Koreya yığması ilə, Qana isə Uruqvayla üz-üzə gələcək. Afrika təmsilçisi qələbə sayəsində 1/8 finala yüksələ bilər.

DÇ-2022, qrup mərhələsi, 3-cü tur

2 dekabr

G qrupu

23:00. Kamerun - Braziliya
23:00. Serbiya - İsveçrə


H qrupu

19:00. Qana - Uruqvay
19:00. Cənubi Koreya - Portuqaliya


13083 oxunub

InvestAZ