XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Autizm və daun sindromlu idmançıların iştirakı ilə badminton yarışı keçirilib
İdman 14:38 / 13.03.2026

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə badminton üzrə oğlanlar və qızlar arasında hazırlıq və yoxlama yarışı keçirilib.

Olimpiyadunyasi.com Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin, xüsusi və yardımçı internat məktəblərinin, eləcə də autizm və Daun sindromu mərkəzləri və təşkilatlarının nümayəndələri iştirak ediblər.

Turnirdə "Yelo Bank”ın nəzdində fəaliyyət göstərən badminton klubunun uşaqları da iştirak edib. Klub ötən ilin sentyabrında Azərbaycan Badminton Federasiyasının təşəbbüsü, "Yelo Bank” və DOST Agentliyinin dəstəyi ilə yaradılıb.
Ümumilikdə 50-yə yaxın idmançı mübarizə aparıb.

Qalib gələn iştirakçılar medal, diplom və hədiyyələrlə təltif olunublar. Tədbir iştirakçıların bacarıqlarının artırılmasına və inklüziv idmanın təşviqinə xidmət edib.


3933 oxunub

InvestAZ