XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Beynəlxalq kanoe federasiyalarının prezidentləri Sərsəng su anbarına baxış keçiriblər
İdman 22:16 / 12.03.2026

Cənab Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan tədbirdə Sərsəng su anbarında avarçəkmə və kanoe yarışlarının təşkilinin mümkünlüyünü vurğulamışdı. Bu çıxışdan sonra qısa zaman ərzində Azərbaycanda səfərdə olan Beynəlxalq Kanoe Federasiyasının (ICF) prezidenti Tomas Konyetsko və Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Jan Zunqrana martın 12-də Qarabağda - Sərsəng və Suqovuşan su anbarlarında, həmçinin Mingəçevir şəhərindəki "Kür” Olimpiya Tədris-İdman Mərkəzində olublar.

Olimpiyadunyasi.com Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Beynəlxalq və Avropa kanoe təşkilatlarının rəhbərləri əvvəlcə Sərsəng su anbarına baxış keçiriblər. Qonaqlara su anbarındakı mövcud vəziyyətlə bağlı ətraflı məlumat verilib. Tomas Konyetsko və Jan Zunqrana Sərsəngdə beynəlxalq yarışların, dünya və Avropa çempionatlarının keçirilə bilməsi üçün su hövzəsinin potensial imkanlarını dəyərləndiriblər.

Daha sonra nümayəndə heyəti 2022-ci ildən etibarən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Prezident Kuboku” və ənənəvi "Mingeçevir Reqatası” beynəlxalq yarışlarının təşkil edildiyi Suqovuşan su anbarını ziyarət ediblər. Suqovuşanda dövlətimiz tərəfindən yenidən qurulan ifrastruktur və su anbarı ətrafında salınmış park qonaqlar tərəfindən yüksək qiymətləndirilib.

Günün ikinci yarısında Tomas Konyetsko və Jan Zunqrana Mingəçevir şəhərində yerləşən "Kür” Olimpiya Tədris-İdman Mərkəzinə gediblər. Baza ilə tanış olan beynəlxalq federasiya rəhbərləri avarçəkmə və kanoe üzrə milli komandaların məşqlərini də izləyiblər.


3039 oxunub

InvestAZ