XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Qazaxda Azərbaycan çempionatına start verilib
İdman 11:38 / 12.03.2026

Martın 11-də Qazaxda sərbəst və yunan-Roma güləşi üzrə U15 Azərbaycan çempionatına start verilib.

Qazax Olimpiya İdman Kompleksində keçirilən ölkə birinciliyinin ilk günündə sərbəst güləş üzrə 6 çəkidə finalçılar müəyyənləşib. Gündüz seansında 38, 41, 44, 48, 52 və 57 kq-da müxtəlif mərhələlər üzrə mübarizə təşkil olunub.

Daha sonra yarışın təntənəli açılış mərasimi keçirilib. Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Qazax güləş məktəbinin tanınmış simalarından biri, sərbəst güləş üzrə milli komandanın sabiq çalışdırıcısı Firdovsi Umudov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Fərid Mansurov və baş katibi Pərvin Piriyev çıxış edib. Onlar son zamanlar ölkə güləşində həyata keçirilən islahatlardan, ilk dəfə U15 yaş qrupu üzrə Azərbaycan çempionatına ev sahibliyi edən Qazaxın güləş ənənələrindən və bu yarışın önəmindən danışıblar. Daha sonra dövlət himni səslənib və "Vətənim” rəqs ansamblının ifasında maraqlı şou proqram təqdim edilib.

Axşam seansında isə yuxarıda qeyd edilən 6 çəki üzrə yarımfinal görüşləri keçirilib. Finala vəsiqə qazanan güləşçilər aşağıdakılardır:

38 kq

Yusif Abdullayev (Abşeron, "Neftçi”) – Oğuz Paşayev (Gimnaziya)

41 kq

Cavanşir Süleymanov (MOİK, "Mywrestling”) – Elman İsmayılov (Gəncə, "Mywrestling”)

44 kq

Məhəmməd Kərimov ("Mywrestling”) – Ramal Hacıyev (Gəncə, "Mywrestling”)

48 kq

Əli Baloğlanov (Masallı, "Mywrestling”) – Tunar Sazmani (Siyəzən)

52 kq

Elgün Qurbanzadə (Göygöl, "Neftçi”) – Adəm Quliyev (Abşeron, "Mywrestling”)

57 kq

Tunar Sultanzadə (Şəmkir, "Mywrestling”) – Yılmaz Səmədov (Siyəzən)


3059 oxunub

InvestAZ