XƏBƏR LENTİ
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025



Klublararası dünya çempionatı "İnter" qrupu lider kimi başa vurdu
İdman 08:48 / 26.06.2025
İtaliyanın "İnter” klubu ABŞ-da keçirilən futbol üzrə klublararası dünya çempionatında E qrupunun qalibi kimi pley-offa vəsiqə qazanıb.
Milan təmsilçisi qrupun son oyununda Argentinanın "River Pleyt” klubunu 2:0 hesabı ilə məğlub edərək bu hüquqa yiyələnib. "Nerazzurri”nin heyətində Francesco Pio Esposito (72) və Alessandro Bastoni (90+3) fərqlənib.
Bu qələbə sayəsində aktivindəki xalların sayını 7-yə çatdıran "İnter” qupu lider kimi başa vuraraq 1/8 finala yüksəlib. Cənubi Amerikalılar isə 4 xalla üçüncü yeri tutaraq mübarizəni dayandırıblar.

1935 oxunub

InvestAZ