XƏBƏR LENTİ
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025



"Borussiya" qrup lideri kimi növbəti mərhələyə vəsiqə qazandı
İdman 03:20 / 26.06.2025

ABŞ-da keçirilən futbol üzrə klublararası dünya çempionatının qrup mərhələsi çərçivəsində keçirilən üçüncü turun oyunları davam edir. E qrupunun favoritlərindən biri olan Dortmund "Borussiya”sı sonuncu turda Cənubi Koreyanın "Ulsan” klubu ilə qarşılaşıb. Oyun Bundestim təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb -1:0. Yeganə qolun müəllifi 36-cı dəqiqədə fərqlənən "Borussiya” klubunun futbolçusu Daniel Svenson olub.

Niko Kovaçın komandası bu qələbə sayəsində xallarının sayını 7-yə çatdıraraq E qrupunu lider kimi başa vurub. Keçirdiyi hər üç oyunda məğlub olan Cənubi Koreya təmsilçisi isə qrup sonuncusu olub.


2037 oxunub

InvestAZ