XƏBƏR LENTİ
11 Fevral 2026
10 Fevral 2026
09 Fevral 2026



"Qarabağ" Bakıda "Ayntraxt"ı qəbul edəcək
İdman 16:33 / 21.01.2026

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının Liqa mərhələsində VII turun növbəti oyunları keçiriləcək.

Azərbaycanın "Qarabağ" klubu da UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq.Qurban Qurbanovun komandası Bakıda Tofiq Bəhramov adına Respublika StadionundaAlmaniyanın "Ayntraxt" (Frankfurt) klubu ilə qarşılaşacaq. Oyunun start fiti saat 21:45-də səslənəcək.

Qarşılaşmanın baş hakimi isveçrəli Sandro Şerer olacaq.

Xatırladaq ki, Azərbaycan çempionu hazırda 7 xalla 25-ci pillədə qərarlaşıb. Frankfurt təmsilçisi isə 4 xalla 33-cü sıradadır.


2478 oxunub

InvestAZ