XƏBƏR LENTİ
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026



Yüksək Liqada növbəti oyunlar keçiriləcək
İdman 10:08 / 16.01.2026

Bu gün voleybol üzrə Azərbaycan Yüksək Liqasındanövbəti oyunlar keçiriləcək.

Kişilərin yarışında VIII turdan təxirə salınmış matçda"Azerreyl" və "Xilasedici" komandaları üz-üzə gələcək. Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilən oyunun start fitisaat 17:00-da səslənəcək.

Qadınların mübarizəsində isə IX turun iki qarşılaşması təşkil olunacaq. "Murov Az Terminal" "Turan"la, "Milli Aviasiya Akademiyası" "DH Volley"lə münasibətlərə aydınlıq gətirəcək.

Hər iki oyun saat 17:00-da başlayacaq. İlk oyun "Murov Az Terminal"ın, ikinci matç isə "Milli Aviasiya Akademiyası"ının idman zalında keçiriləcək.


5614 oxunub

InvestAZ