XƏBƏR LENTİ
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026



AVRO-2029: Basketbol millimiz seçmə mərhələdə Şimali Makedoniyaya məğlub oldu 
İdman 00:11 / 03.03.2026

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi AVRO-2029-un seçmə mərhələsində növbəti oyununu keçirib.

Millimiz Bakı İdman Sarayında təşkil olunan matçda Şimali Makedoniya yığması ilə üz-üzə gəlib.Tahir Baxşıyevin baş məşqçisi olduğu komandamız 70:78 hesabı ilə uduzub.

Hazırda Şimali Makedoniya millisi8 xalla A qrupuna liderlik edir. Lüksemburq 5 xalla ikinci, eyni xala malik Azərbaycan millisi isə üçüncüdür. Bütün oyunlarda uduzan İrlandiya 3 xalla dördüncü pillədə yer alıb.

Qeyd edək ki, daha əvvəl Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) uduzan Azərbaycan millisi İrlandiyanı (76:75) məğlub edib.



1747 oxunub

InvestAZ