XƏBƏR LENTİ
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026



Olimpiya mükafatçısı ABŞ-dakı evini satıb  
İdman 14:55 / 13.01.2026

"Vaşinqton Kapitals" hokkey komandasının hücumçusu Niklas Bekström ABŞ-dakı evini 11 milyon dollara satıb. RMNB-nin məlumatına görə, o, 1500 kvadratmetrlik evi 2021-ci ildə 8,5 milyon dollara alıb.

Xatırladaq ki, Soçi-2014 Qış olimpidasının bürünc mükafatçısı olan 38 yaşlı mərkəz hücumçusu 2025-ci ilin iyul ayının sonlarında "Bryünes"lə bir illik müqavilə imzalayıb. Öz ölkəsinə qayıdan isveçli hokkeyçi bu mövsüm 34 oyunda 22 xal (2 qol, 20 məhsuldar ötürmə) toplayıb.


5119 oxunub

InvestAZ